Kremlə zərbə: Çekist baş nazir oldu

30-11-2016, 01:34           
Kremlə zərbə: Çekist baş nazir oldu
Monteneqro parlamenti yeni qərbyönlü hökuməti təsdiq edib.

Axar.az xəbər verir ki, yeni hökumətə Duşko Markoviç rəhbərlik edəcək. Yeni baş nazir parlament qarşısında çıxışı zamanı öz hökumətinin 2017-ci ilin sonuna qədər Monteneqronu NATO üzvü edəcəyini bildirib.

Markoviçin çıxışı zamanı rusiyayönlü müxalifət partiyaları parlament zalını tərk ediblər.

Qeyd edək ki, Markoviç ölkə kəşfiyyatının keçmiş rəhbəridir. O, həmçinin keçmiş baş nazir Mila Cukanoviçin köhnə müttəfiqlərindən sayılır. Mila Cukanoviç bu ilin oktyabrında istefaya getdiyini açıqlayıb.

Rusiya Montoneqroda olan parlament seçkisindən sonra burada çevriliş hazırlayıb. Çevrilişin əsas təşkilatçısı rus millətçiləri olsa da, Moskva bunun arxasında dayanmadığını bildirib. Plana əsasən, Cukanoviç sui-qəsd nəticəsində öldürülməli və onun yerinə müxalif partiyalar hakimiyyətə gətirilməli idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru