Lukaşenko Bakıda, generalı Yerevanda...

30-11-2016, 01:50           

Belarus Silahlı Qüvvələrinin artilleriya və raket qoşunlarının rəisi, general-mayor Gennadi Kozlovski noyabrın 28-də İrəvana iki günlük səfərə gəlib.

Musavat.com-un Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Belarus nümayəndə heyəti silahlı qüvvələrin və döyüş vasitələrinin avtomatik idarəçiliyi və operativ hazırlığı məsələləri üzrə işçi görüşdə iştirak edəcək. Xəbərə görə, məsləhətləşmələr iki ölkə müdafiə nazirlərinin təsdiqlədiyi əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Maraqlıdır ki, Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda səfərdə ikən onun generalı işğalçı Ermənistanda hərbi əməkdaşlıq məsələlərini müzakirə edir. Hər iki səfərin eyni vaxtda başlaması da diqqət çəkir.

Belarus Dağlıq Qarabağ məsələsində kifayət qədər obyektiv mövqeyi ilə tanınır və Azərbaycanın silah aldığı əsas ölkələrdın biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru