Rusiya: “KİV-lərimizə toxunsanız...”

30-11-2016, 10:08           

Biz Qərbin söz azadlığını məhdudlaşdırmasından narahatıq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

Onun sözlərinə görə, Moskva Rusiya KİV-lərinin müdafiəsi üçün lazımi tədbirlər görəcək.

Qeyd edək ki, Avropa Parlamenti Avropa Birliyi ərazisində üçüncü tərəfin təbliğat aparmaması ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Rusiyanın “Sputnik” agentliyi, “Raşşın Tudey” telekanalı və “Rus dünyası” fondunun, xüsusilə, Şərqi Avropa üçün təhdid olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru