Dünyanın hər yerindən zəlzələ xəbərləri gəlir

30-11-2016, 10:16           

Polşanın qərbində Rudna şaxtasında 4.5 bal gücündə zəlzələ baş verib.
"RİA Novosti"-nin verdiyi məlumata görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 8 nəfər itkin düşüb.
Zəlzələ 2 kilometr dərinlikdə olub. Təbii fəlakət baş verən zaman şaxtada 16 nəfər olub.
Həmçinin, Misirin Sinay yarımadasında 4.7 bal gücündə zəlzələ baş verib.
Publika.az-ın verdiyi məlumata görə, yeraltı təkanların episentri Daxabadan 20 kilometr cənub-şərqdə olub. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Xəzər dənizində 4.3 bal gücündə zəlzələ baş verdi
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkan noyabrın 30-da saat 04.40.53-də qeydə alınıb.
Dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.