Konqresmen Luis Barletta ABŞ-ın əmək naziri ola bilər
30-11-2016, 10:35
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Luis Barletta ölkənin yeni seçilmiş prezidenti Donald Tramp ilə görüşdüyünü bildirib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, konqresmenin sözlərinə görə, görüşdə onun əmək naziri vəzifəsinə təyin olunması məsələsi müzakirə olunub. Görüşdən sonra jurnalistlərlə qısaca söhbət edən konqresmen, ona edilən təklif barədə düşünəcəyini deyib.