ŞOK: Yadplanetlilər hücuma hazırlaşır – ABŞ hərəkətə keçdi

30-11-2016, 11:26           
ŞOK: Yadplanetlilər hücuma hazırlaşır – ABŞ hərəkətə keçdi
ABŞ kosmos müharibələri və yadplanetlilərin Yerə hücum ehtimalına qarşı hazırlıqlara başlayıb. Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda CNN telekanalı bildirib. Xəbərə görə, kosmos müharibələri, yadplanetlilərin hücumu üçün bir sıra ssenarilər hazırlanır. CNN-ə danışan ABŞ strategiya komandiri general Con Hayten bildirib ki, insanın getdiyi hər yerdə qarşıdurmalar baş verib.
“İnsan indi kosmosa gedir. Qarşıdurma ehtimalına hazır olmalıyıq”, – amerikalı general deyib. Kosmos üçün hazırlanan ssenarilərdən birində yadplanetlilərlə qarşıdurmaların mümkün variantlarının yer almasıdır.
ABŞ kosmosda daha güclü olmaq üçün işləri davam etdirir. Bu işləri ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik Komandirliyi həyata keçirir. 1982-ci ildə qurulan Kosmik Komandirlikdə 38 min nəfər çalışır. Dünyanın müxtəlif ölkələrində 134 bazası olan qurumun büdcəsi 8,9 milyard dollardır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kosmik büdcəsi isə 22 milyard dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru