Azərbaycanlı milyarderlərin dəbdəbəli ticarət mərkəzini əllərindən alıb yarı qiymətinə satırlar

30-11-2016, 18:05           
Azərbaycanlı milyarderlərin dəbdəbəli ticarət mərkəzini əllərindən alıb yarı qiymətinə satırlar
Moskvanın beş ən yaxşı ticarət mərkəzindən biri olan “Columbus” ticarət mərkəzi “Qazprombank” tərəfindən yarı qiymətinə satılır.

Virtualaz.org xəbər verir ki, sahəsi 227 kvadratmetr olan və 2015-ci ildə açılan ticarət mərkəzinin sahibləri Bakıdan olan yəhudi əsilli milyarderlər-Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Solomon Manaşirova və onun qardaşı, hazırda həbsdə olan Roman Manaşirova məxsusdur.

Manaşirov qardaşları ticarət mərkəzini “Qazprombank”a girov qoyaraq kredit götürüb, lakin 2015-ci ildə onların imperiyası çökməyə başlayanda kreditlər üzrə ödəmələr gecikməyə başlayıb. Rusiya mənbələrinin xəbərlərinə görə, “Qazprombank” obyekti əvvəlcə 700 milyon dollara satışa çıxarıb. Lakin alıcı tapılmadığından indi obyekti bazar dəyərindən iki dəfə aşağı-350 milyon dollara satmağa hazırdır. Potensial alıcı isə Moskvanın daşınmaz əmlak bazarının iri oyunçularından olan Sergey Qordeyedir. Qordeyev “Morton” şirkətinin sahibidir.

Solomon və Roman Manaşirov qardaşları Moskvanın daşınmaz əmlak kralları idi və onların çoxsaylı aktivləri-ticarət mərkəzləri, restoranları, otelləri və s. mövcuddur. Solomon Manaşirov iri məbləğdə vergidən yayınmaqda ittiham olunur və barəsində cinayət işi qaldırılandan az sonra İsrailə qaçıb. Roman Manaşirov isə İstintaq Komitəsinin yüksək vəzifəli şəxsinə rüşvət verdiyi üçün həbs edilib. Manaşirov rüşvəti dostu, digər azərbaycanlı milyoner Januko Rafailovu həbsdən çıxarmaq üçün vermişdi. Rafailov isə yüzlərlə vyetnamlını Moskvada qul kimi istismar etməkdə ittiham olunaraq həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.