Polşa prezidentinin təyyarəsində həyəcan

1-12-2016, 23:22           

Polşa Prezidenti Anjey Dudanın təyyarəsində texniki nasazlıq baş verib.

Axar.az xəbər verir ki, hadisə Vrotslav hava limanında eniş zamanı olub.

Məlumata görə, təyyarənin komputer sistemində nasazlıq yaranıb. İnsident zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, İsveçə rəsmi səfərdən qayıdan prezident ötən gün “Rudna” şaxtasında zəlzələ nəticəsində ölən 6 mədənçini yad etmək üçün Vrotslava getməyi qərara almışdı. Təyyarənin göyərtəsində prezidenti səfər zamanı müşayiət edən jurnalistlər də olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.