"Qaçqın qəbulu ilə bağlı məhdudiyyət olmayacaq" - Merkel

2-12-2016, 00:13           
"Qaçqın qəbulu ilə bağlı məhdudiyyət olmayacaq" - Merkel
Almaniya kansleri Angela Merkel öz partiyası (Xristian-Demokrat İttifaqı) ilə ittifaqda olan Xristian-Sosialist İttifaqının Almaniya tərəfindən qəbul edilən qaçqın sayının ildə 200 min nəfərə endirilməsi ilə bağlı təklifini rədd edib.

"Report" xəbər verir ki, o bunu Xristian-Demokrat İttifaqının Münster şəhərində keçirilən konfransında deyib.

"Mən düşünmürəm ki, bu, hazırkı məqam üçün düzgün alətdir. İraq və Suriyadakı vəziyyətin necəliyi ilə bağlı fərq var. Bir ildə çox az miqrant gələ bilər, başqa bir ildə isə daha çox”, - deyə o bildirib.

Merkel, həmçinin deyib ki, Almaniya yalnız köməyə ehtiyacı olanlara yardım edir. Onun sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış qaçqınlıq meyarlarına cavab verməyənlər ölkədən göndərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru