Rusiya kosmik gəmisini itirdi - VİDEO

2-12-2016, 00:17           

Rusiya "Proqress MS-04" kosmik nəqliyyat-yük gəmisini (NYG) itirib.

"Roskosmos"dan verilən məlumata görə, NYG Tuva ərazisi üzərində, 190 km yüksəklikdə sıradan çıxaraq aşağı düşməyə başlayıb.

"Gəminin itirilməsi Beynəlxalq Kosmik Stansiyasnın normal çalışmasına və fəaliyyətinə təsir etməyəcək", - "Roskosmos"un açıqlamasında deyilir.
"Proqress MS-04" TYG-ni kosmosa çıxaraq "Soyuz-U" daşıyıcı raketinin buraxılışından 383 saniyə sonra gəmidən Yerə telemetrik göstəricilərin ötürülməsi dayanıb. Nasazlıq üçüncü pillə mühərriki olan RD-0110-un çalışdığı zaman baş verib.

"Soyuz-U" raketi bu gün Moskva vaxtı ilə 17:52-də Qazaxıstandakı Baykonur kosmodromundan buraxılıb.

"Proqress MS-04"-də 2,5 ton müxtəliv yük, habelə BKS üçün yanacaq, su, kosmonavtlar üçün hava, ərzaq, paltar, dərman preparatları və elmi avadanlıq vardı./milli.az
[media=https://www.youtube.com/watch?v=M-xaoWoWqXk]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru