Dəniz quldurları rus dənizçilərini girov götürdülər

2-12-2016, 00:18           

Rusiyanın Nigeriyadakı səfirliyi 3 rusiyalı dənizçinin nigeryalı piratlar tərəfindən ələ keçirildiyini təsdiq edib.

Bunu "İnterfaks" agentliyi səfirliyə istinadən bildirir.

Səfirliyin məlumatına görə, dənizçilərin ələ keçirilməsi barədə məlumat ötən axşam əldə edilib.

Daha əvvəl Yunanıstana məxsus, Panama bayrağı altında üzən "Saronik Briz" gəmisinin noyabrın 29-da Benin sahillərində piratlar tərəfindən ələ keçirildiyi barədə məlumat verilmişdi./trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru