Olland ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməyəcək 2-12-2016, 01:13 Fransa prezidenti Fransua Olland ikinci müddətə dövlət başçısı seçilmək üçün mübarizə aparmayacaq."Report" xəbər verir ki, bunu o, canlı efirdə çıxışı zamanı deyib.O, 2017-ci ilin yazında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina etdiyini bildirib."Mən qərara gəldim ki, qarşıdakı seçkilərdə namizəd olmayım", - deyə o söyləyib. Facebook-da paylaş