Netanyahunun xanımı polisdə 2 saat dindirildi

2-12-2016, 01:14           
Netanyahunun xanımı polisdə 2 saat dindirildi
İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu dövlət əmlakını israf etmə maddəsilə polisə ifadə edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail radiosu məlumat yayıb.

Netanyahunun “Baş nazirin evləri” adlı məhkəmə prosesində dindirildiyi bildirilib.

İddiya görə, baş nazirin xanımının təşkil etdiyi xüsusi mərasimlər və əyləncə məclisləri məhz dövlətin vəsaiti hesabına keçirilib.

Qeyd edək ki, Sara Netanyahu 2 saat sorğu-sual edilib.

Xatırladaq ki, Benyamin Netanyahu və onun həyat yoldaşı Sara Netanyahu əvvələr də dövlət malını şəxsi mənafe hesabına istifadə etməkdə günahlandırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru