Son 16 ildə OPEC kvotalara 97% əməl etməyib

2-12-2016, 09:14           
Son 16 ildə OPEC kvotalara 97% əməl etməyib
Vyanada OPEC neft hasilatçısı ölkələrin məcmu hasilatı 1,2 mln. barel/gün azaltması istiqamətində razılaşma əldə olunub.”Report” “Expert.ru” saytına istinadən xəbər verir ki, OPEC üzvü olmayan ölkələrin hasilatı isə 600 min barel/gün azaldacağı gözlənilir. Belə ki, Səudiyyə Ərəbistanının hasilatı 0,47 mln. barel/gün, İraqın 0,21 mln. barel/gün azaldacağı, İranın isə 90 min abrel/gün artıraraq 3,797 mln. barel/günə çatdırması və bu səviyyədə donduracağı bildirilib. Liviya və Nigeriyanın isə hasilatı azaltmayaraq indiki səviyyədə saxlayacağı razılaşdırılıb.

Rusiyanın “Promsvyazbank”ın analitikləri hesab edirlər ki, OPEC-in hasilatı azatması ehtimalı sıfıra yaxındır. Belə ki, 2000-2016-cı illər arasında OPEC 180 ayın yalnız 5-də hasilatı razılaşdırılmış kvotalara uyğun həyata keçirib. Başqa sözlə, OPEC üzvləri vədlərinə 97% əməl etməyib. Üstəlik, 2009-2012-ci illərdə hasilat kvotanı 3 mln. barel/gün və ya 12%, 2007-ci ildə isə 4 mln. barel üstələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru