Ermənistanda qızıl mədəninə silahlı hücum: - Yaralı var

2-12-2016, 13:09           
Ermənistanda qızıl mədəninə silahlı hücum: - Yaralı var
Ermənistanda qızıl mədənində atışma olub.

“AzVision.az “News.am”-a istinadən xəbər verir ki, gecə baş verən silahlı qarşıdurma zamanı təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb.

Məlumata əsasən, bir neçə şəxs gecəyarısı “Geo Pro Maining Gold” şirkətinə məxsus mədənin ərazisinə girməyə cəhd göstərib. Mühafizəçilər onların qarşısını ala bilib. Bu zaman naməlum şəxslərdən birinin atəş açması nəticəsində mühafizəçilərdən biri ayağından yaralanıb.

Polis silahlı basqını törədən şəxslərdən birini həbs edib. Həmin şəxs 31 yaşlı Vardenis sakinidir. Ermənistan polisi digər şəxslərin axtarışı üzrə əməliyyatları davam etdirir.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru