Terror aktları barədə xəbərdarlıq edildi
2-12-2016, 13:53

Avropa İttifaqının (Aİ) polis xidməti (Avropol) qitə ərazisində yeni terror aktları barədə xəbərdarlıq edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropol İŞİD terror qruplaşmasının yaxın vaxtlarda Avropada yeni hücumlar həyata keçirməyi planlaşdırdığını bildirib.
Avropolun terrorçuluğa qarşı mərkəzinin hesabatında deyilir ki, İŞİD Suriya və İraqda əraziləri itirdiyi üçün Qərbi Avropada yeni terror aktları təhlükəsi artır. Hesabatda deyilir ki, yeni hücumlar tək terrorçular, həm qruplar tərəfindən həyata keçirilə bilər.
Fransa, Belçika, Almaniya, Niderland və Böyük Britaniyada terror təhlükəsi daha yüksəkdir. Xüsusi xidmət orqanları iddia edirlər ki, hazırda Avropa ölkələrində İŞİD-in onlarla potensial terrorçusu ola bilər.
Xatırladaq ki, daha əvvəl İŞİD-in terror planları ilə əlaqədar 10 mindən çox sənəd aşkarlanıb. Suriyada aşkarlanan sənədlərə görə, terror aktlarının dünyanın müxtəlif ölkərində keçirilməsi planlaşdırılır.