Gələn həftə Avropa Məhkəməsi tarixi qərar verəcək
14-06-2015, 22:15
Gələn həftə Avropa məhkəməsində tarixi işə yekun vurulacaq.
Məlumata görə, bu barədə məşhur "Newsweek" jurnalı yazıb.
"Newsweek" iyunun 16-da İnsan hüquqları üzrə Avropa Məhkəməsində baxılan "Çıraqov Ermənistan Respublikasına qarşı" və "Sarkisyan Azərbaycan Respublikasına qarşı" işlərini şərh edib.
Londonda Middlseks Universitetində İnsan hüquqlarının müdafiəsi Avropa mərkəzinin (EHRAC) direktoru, professor Filipp Liç bu işləri "uzun müddət aparılan mübarizə" adlandırıb.
Filipp Liç qeyd edir ki, bütün Avropa üzrə qaçqınlara toxunan tarixi qərar qəbul edilmiş ola bilər.
Onun sözlərinə görə, bu işdə qaçqınların və məcburi mühacirlərin hüquqları haqqında çox əhəmiyyətli suallar meydana gəlir.
"Müsbət nəticə qərarın həlli olacaq, çünki əvvəl Avropa Məhkəməsinə belə vəziyyətə baxmaq lazım olmurdu, və bu hökumətlərə qarşı hüquqları qaçqınlara verəcək", – deyə Liç bildirib.
Filipp Liç əlavə edib ki, müsbət nəticə belə işlərin sayının artımına gətirib çıxara bilər: "Bu Avropada olan qaçqınlar üçün də president ola bilər".
Professor həmçinin düşünür ki, müsbət nəticə münaqişənin siyasi nizama salması üzrə iki ölkənin arasında danışıqları canlandıra bilər.
Gələn həftə İnsan Hüquqları üzrə Avropa məhkəməsində "Sarkisyan Azərbaycan Respublikasına qarşı" və "Çıraqov Ermənistan Respublikasına qarşı" işləri üzrə dinləmələr keçiriləcək. Avropa məhkəməsinin Ali palatası iyunun 16-da hər iki iş üzrə hökm çıxardacaq.
İnsan hüquqları üzrə Avropa Məhkəməsi 2010-cu il sentyabrın 15-də ilk dəfə Azərbaycana qarşı erməni ailəsinin iddiasının müzakirəsinə başlayıb./anspress/