"Türklərin fəzilətləri"

Bu gün, 08:14           
"Türklərin fəzilətləri"·
"Türklər qüdrətli və böyük potensialı olan bir xalqdır. Əgər onlar gələcəkdə başqa xalqlarla qaynayıb qarışsalar, hansı dildə danışmasından asılı olmayaraq yenə də tarixi proseslərin katalizatoru kimi qalacaqlar".
Lev Qumilyov, dünya şöhrətli tarixçi alim, türkoloq, etnoqraf.
"Türklər Herodotdan və Tövratdan daha əvvəlki yüzillərin tanıdığı bir ulusdur. Sadəlik içində görkəmi, sükunət içində ihtişamı, basqını qəbul etməyən cəsarətləri, fəth etmək sevgisi, bölgələrə və inanclara uyğunlaşmaqdan daha çox, bölgələri və inancları özünə uyğunlaşdırmaq bacarığı Türk millətinin əsrlərlə dolu olan tarixində açıq-aşkar görünür. Türklər ölkələri yox, qitələri alt-üst ediblər və qorxunc hücumlara tab gətirən sarsılmaz imperiyalar yaradıblar. Uzun sözün qısası, tarix türklərdən çox şey öyrənmişdir".
Alman tarixçi Hammer.
"Türklər hansı işə əl vursa, mütləq bacarar. Bəsrənin ədəbi, Yunanın hikməti, Çinin sənəti Türkə çoxdan məlumdur... Türklər еnеrjili, canlı, fəal və zəkalıdırlar. Əxlaqi vəsfləri maddi dəyərlərini də aşar. Yеr üzündə müharibədə sorumluluq lənətinə uğramayan tək millətdirlər. Vətənsеvərlik duyğusu Türklərdə çox qüvvətlidir.Türklər yaltaqlıq, yalvarmaq, aldatmaq, ikiüzlülük, yalançılıq, kələk, hiylə, dostlarına qarşı təkəbbür, yoldaşlarına qarşı fənalıq, pis niyyət nədir bilməzlər. Türklərin ürəkləri təmizdir. Onlarda boş fikirlər, əcaib düşüncələr yoxdur. Türklərin vücudları və səsləri kimi danışdıqları dil də əzəmətlidir".
IX əsr məşhur ərəb tarixçisi Əl-Cahiz. "Türklərin fəzilətləri" əsərindən.
Şəkil: Azərbaycan türkləri.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.