Gömrük borcları ilə bağlı yeniliyin detalları AÇIQLANDI

Bu gün, 10:34           
Gömrük borcları ilə bağlı yeniliyin detalları AÇIQLANDI
Milli Məclisin plenar iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul edilib.

Millət Vəkili Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklərə əsasən, gömrük borcu yalnız bəyannaməçi tərəfindən ödəniləcək.

"Belə ki, hüquqi şəxs ölkəyə mal idxal edirsə, gömrük rüsumunu bəyannaməçi, yəni həmin hüquqi şəxs özü ödəməlidir. Bundan əlavə, vətəndaş xaricdən gəlirsə və hər hansı gömrük ödənişi etməlidirsə, bu məbləğ də onun, yəni bəyannaməçinin özü tərəfindən ödəniləcək.

Bütövlükdə, yeni dəyişikliklər təsdiq olunduqdan sonra artıq başqa şəxsin gömrük borcunu ödəmək daha mümkün olmayacaq", - deyə deputat qeyd edib.

TEREF BAKU TV-nin süjetini təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.