"Fitch": Bu ilin sonunda Azərbaycanın beynəlxalq ehtiyatları 13 milyard dolları ötəcək

28-06-2025, 07:04           
"Fitch": Bu ilin sonunda Azərbaycanın beynəlxalq ehtiyatları 13 milyard dolları ötəcək
Azərbaycanın beynəlxalq ehtiyatları 2025-ci ilin sonunda 13,1 milyard ABŞ dollarına çatacaq.

"Report” "Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkənin ehtiyatları, o cümlədən qızıl ehtiyatları 12,7 milyard ABŞ dolları təşkil edib.

"Fitch”in proqnozlarına görə, 2026-cı ildə bu göstərici 13,3 milyard ABŞ dollarına qədər artacaq.

2025-ci il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,094 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 2,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatıb. Agentliyin qiymətləndirmələrinə görə, 2025-ci ilin sonunda strateji valyuta ehtiyatları 74 milyard ABŞ dolları təşkil edəcək ki, bu da ÜDM-in 98,4 %-nə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru