Polis polkovnik-leytenantı vəfat etdi

28-06-2025, 08:44           
Polis polkovnik-leytenantı vəfat etdi
Bu gün - iyunun 27-də polis polkovnik-leytenantı Vüqar Məmmədov vəfat edib.

Bakupost.az xəbər verir ki, onun qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Vüqar Məmmədov xidmətə Yardımlı Rayon Polis Şöbəsində zabit kimi başlayıb, uzun illər şəxsi heyət üzrə rəis müavini vəzifəsində çalışıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Mərhum tanınmış ziyalı, filoloq, partiya və ictimai xadim Vəli Məmmədovun qardaşı oğlu idi. Vəli Məmmədov 1931-ci ildə Yardımlıda anadan olub, müxtəlif illərdə Azərbaycan Dövlət Universitetində, Nizami adına Ədəbiyyat İnstitutunda və Azərbaycan KP MK-da çalışıb, Nəriman Nərimanovun irsinin tədqiqatçısı kimi tanınıb. O, 1991-ci il 20 noyabrda Xocavənddə ermənilər tərəfindən vurulan vertolyotda həlak olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru