Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb

Bu gün, 00:14           
Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
Ermənistan İstintaq Komitəsinin binası yaxınlığındakı ərazidən iyirmidən çox vətəndaş polis bölməsinə aparılıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti saxlanılma faktını təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb.

“Başlanmış cinayət işi çərçivəsində bir qrup şəxs saxlanılaraq polis bölmələrinə aparılıb”, – nazirlikdən bildirilib.

Daha əvvəl İstintaq Komitəsi təhlükəsizlik qüvvələrinin arxiyepiskop Mikael Acapaxyanı saxlamağa çalışdığı Eçmiədzin Ana taxtının yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni fəaliyyətinə mane olma faktı ilə bağlı cinayət işinin başlandığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.