Kim Çen İn müdafiə nazirini edam etdirdiyi təsdiqlədi: “Mürgüləyib” - DƏHŞƏTLİ VİDEO
15-06-2015, 22:06
Bir müddət əvvəl dünya kütləvi informasiya agentlikləri Şimali Koreya müdafiə nazirinin edamı ilə bağlı xəbərlər yayımlamışdı.
Bildirilirdi ki, müdafiə naziri Xen Yen Çxol dövlət başçısının çıxışı zamanı mürgüləyib və 30 aprel tarixində Pxenyandakı hərbi məktəblərin birində zenit qurğusundan güllələnib.
Publika.az “Dni.ru” saytına istinadən xəbər verir ki, həmin vaxt Şimali Koreya mətbuatı edam barədə heç bir məlumat verməmişdi.
Ancaq bu yaxınlarda Şimali Koreyanın bir çox dövlətlərdəki səfirliklərinə məmurun taleyi ilə bağlı məktub daxil olub. Kim Çen İn müdafiə nazirinin edam olunmasını təsdiqləyib. Məktubda bildirilir ki, dövlət başçısının çıxışı vaxtı mürgüləmək, onun qərarlarına etiraz etməkdən daha pisdir. [media=https://www.youtube.com/watch?v=nX6UGslSDgo]