Ukraynada növbəti qanlı döyüşlər

15-07-2015, 16:50           
Ukraynada növbəti qanlı döyüşlər
Son 24 saat ərzində 8 Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.

Azvision.az-ın “UNAİN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

“Son 24 saat ərzində 8 hərbçimiz həlak olub, 16 hərbçimiz isə yaralanıb”, – deyə yayılan məlumatda bildirilir.

Qeyd edək ki, atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.