Məni uşaq deyil, tamahım aldatdı

27-06-2025, 12:54           
Məni uşaq deyil, tamahım aldatdı
Deyilənə görə Süleyman peyğəmbər bütün canlıların dilini bilirmiş. Bir gün peyğəmbər yol gedərkən görür ki, balaca bir oğlan uşağı cələ qurub, kənarda isə yekə bir qarğa uşağın bu hərəkətinə baxıb gülür.
--Qarğa, nəyə gülürsən? deyə peyğəmbər soruşur.
Qarğa təkəbbürlə cavab verir:
-Bu altı yaşlı uşağa gülürəm. Mənim kimi dünyagörmüş, 300 yaşlı qarğanı aldatmaq istəyir?!
Peyğəmbər gülümsəyərək yoluna davam edir və işinin dalınca gedir. O, axşamçağı geri qayıdarkən görür ki, həmin uşaq gördüyü "dünyagörmüş" qarğa da qoltuğunda gedir. Bu dəfə Süleyman peyğəmbər gülərək qarğaya deyir:
-Qarğa, bəs deyirdin, 6 yaşlı uşaq məni aldada bilməz?! Bu nə haldır?
Qərğa qəmli-qəmli cavab verir:
-Məni uşaq deyil, tamahım aldatdı...
Есмира Шукурова
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru