İran tam qüvvəsi ilə neft hasilatına başladı - Neftin qiyməti düşəcək

15-07-2015, 16:52           
İran tam qüvvəsi ilə neft hasilatına başladı - Neftin qiyməti düşəcək
İranın Milli Neft şirkəti (NİOC) bütün yataqlarda neft hasilatının artırılmasına dair göstəriş aldığını bəyan edib.

Xəbəri Reuter agentliyi İranın “Shargh” qəzetinə istinadən yayıb.

Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, daha öncə İran Milli Neft şirkəti NİOC-un beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Kamsari bəyan edib ki, İran sanksiyaların ləğv edilməsindən sonra neft ixracını maksimum həddə çatdırmağa, eləcə də Avropa bazarında öz payını 42-43%-ə çatdırmağa çalışacaq.

Qəzet xəbər verir ki, əgər bazarda tələbat olarsa, şirkət perspektivdə sutkada 4 milyon barel neft hasil edə bilər.

Bu, ölkənin Qərb ölkələri ona sanksiyalar tətbiq etməmişdən öncə əldə etdiyi hasilat səviyyəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.