Gürcüstanda azərbaycanlı deputat rüşvətə görə saxlanıldı
16-07-2015, 16:31
“Gürcü arzusu” partiyasından olan Qardabani bələdiyyəsinin deputatı Şair Səfərov 2 000 (təqribən 920 manat - red.) lari məbləğində rüşvət alıb. Oxu.az “Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Məlumata əsasən, müəyyən olunub ki, günahlandırılan şəxs dövlətə məxsus torpaqdan qanunsuz istifadə və sahibkarlıq fəaliyyətinə dəstək vermək əvəzinə vətəndaşdan rüşvət tələb edib və ondan 2 000 lari pul alıb.
“Cinayət faktı üzrə Gürcüstanın Cinayət Məcəlləsinin 338-ci maddəsi üzrə istintaq davam edir. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur”, - Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.