118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlandı
16-07-2015, 16:47
Qazaxıstanda 192,7 min ton xam neftin qanunsuz olaraq ixracı faktı aşkarlanıb.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Nəqliyyatı üzrə Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına görə, 22 milyard 7 milyon tenge ( təxminən 117 milyon 615 min dollar- red.) dəyərində 192 min 700 ton xam neftin qanunsuz olaraq ixrac edildiyi faktı müəyyənləşdirilib: "Fakt üzrə araşdırma aparılır".
Prokurorluq bildirib ki, bu qanunsuz xarici iqtisadi fəaliyyətin neft istehsalçısı olmayan 13 iştirakçısı müəyyənləşdirilib.