Aşoka Modi Yunanıstanın deyil, Almaniyanın avrozonadan çıxmalidır
18-07-2015, 13:50
Beş il əvvəl Beynəlxalq Valyuta Fondunda (BVF) direktor köməkçisi olmuş Aşoka Modi Yunanıstanın deyil, Almaniyanın avrozonadan çıxmasının daha faydalı olacağını söyləyib.
Axar.az xəbər verir ki, "Business İnsider"in xəbərinə görə, Modi Alman Maliyyə naziri Volfqanq Şoblenin avrozonadan çıxışla bağlı danışarkən tabuları yıxmasından məmnun olduğunu bildirərək Almaniya barədə inanılmaz açıqlamalar verib. Beynəlxalq Valyuta Fondu işçisinin açıqlamasını olduğu kimi təqdim edirik:
"Əgər Almaniya alman markına (Almaniyanın qərb hissəsində işlədilən pul vahidi) qayıtsa, avronun dəyəri anında düşər, bu da Avropadakı digər ölkələrə rəqabət apara bilmə şansı yaradar. İtaliya, Portuqaliya və Yunanıstan yenidən böyümə şansı qazanar. Təxmin edilə biləcəyi kimi Hollandiya, Belçika, Avstriya və Finlandiya da Almaniya kimi edər və bəlkə də, yeni bir blok yaranar. Beləcə, avronun dəyəri əməlli-başlı düşər. Belə vəziyyətdə ən böyük qazanc siyasətdə qazanılır. Almaniya Avropanı öz hegemoniyası altında saxlamaq məqsədi güdərkən xərclərdən də qaçmaq istədiyini sübut edib".