Belarsda seçkilər- Lukaşenko və 13 namizəd

18-07-2015, 13:52           
Belarsda seçkilər- Lukaşenko və 13 namizəd
Belarusda ölkə prezidentliyinə namizədlərin qeydiyyatına dair təşəbbüs qruplarının sənədlərinin qəbulu iyulun 17-də başa çatıb.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, 14 qrup lazımi sənədləri təqdim edib.

Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, solçu “Ədalətli dünya” partiyasının rəhbəri Sergey Kalyakinin, Liberal-Demokrat Partiyasının rəhbəri Sergey Qaydukeviçin, biznesmen Andrey Konovetsin sənədlərini qəbul edib.

Namizədlər arasında həmçinin "Həqiqəti de" vətəndaş hərəkatının fəalı Tatyana Korotkeviç, Birləşmiş Vətəndaş Partiyasının sədri Anatoli Lebedko, Nikolay Statkeviç, Janna Romanovskaya, İrina Perşina, Sergey Zablotskiy, Aleksandr Yudayev, Viktor Tereşenko, Belarus Vətənpərvər Partiyasının sədri Nikolay Ulaxoviçin adları var.

A.Lukaşenko, S.Qaydukeviç və S.Kalyakinanın qrupu artıq qeydiyyatdan keçib, digər namizədlərin qeydiyyatına dair qərar iyulun 20-də qəbul olunacaq.

Xatırladaq ki, Belarusda prezident seçkiləri oktyabrın 11-də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.