İranda 200 müəllim həbs edildi

23-07-2015, 21:14           
İranda 200 müəllim həbs edildi
Müxalif İran Milli Müqavimət Şurasının (NCRI) üzvləri Tehrandakı parlament binasının qarşısında keçirilən etiraz aksiyası zamanı 200 müəllimin saxlanılması haqqında məlumat yayıb.

Müxalifətçilərin sözlərinə görə, aksiyanın dağıdılması zamanı güc tətbiq edilib.

2 minə yaxın müəllim çərşənbə günü parlament binası qarşısında toplaşaraq siyasi məhbusların, o cümlədən "müəllimlərin hüquqlarını müdafiə etdiyinə görə həbsə alınmış" müəllimlər birliyinin rəhbərinin azad edilməsini tələb edib.

İran hakimiyyəti hələlik bu hadisəni şərh etməyib.

Xatırladaq ki, bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurası yekdilliklə İran və "altılıq" ölkələri arasında nüvə sazişini dəstəkləyən qətnaməni təsdiqləyib.

Qətnamənin layihəsinə əsasən İrana qarşı tətbiq edilmiş sanksiyalar tədricən (10 il ərzində) aradan qaldırılacaq. Bunun üçün Tehran razılaşmada qeyd edilən bütün öhdəlikləri yerinə yetirilməlidir. Əks təqdirdə sanksiyalar yenidən qüvvəyə minəcək.

Bu xəbər elan edildikdən dərhal sonra minlərlə insan ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını bayram etmək məqsədi ilə Tehran və digər iri şəhərlərin küçələrinə çıxıb.

Aksiyanın bir çox iştirakçıları əllərində İranın milli bayraqlarını, prezident Həsən Ruhani və xarici işlər naziri Cavad Zərifin portretlərini tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.