Çin pulu dollar qarşısında devalvasiyaya getdi - Son 20 ildə ilk dəfə
11-08-2015, 13:10
Çin ani qərarla milli valyutası yuanı ABŞ dolları qarşısında 1,9% devalvasiyaya uğradıb.
Avropa.info xəbər verir ki, bu Çin valyutasının son 20 ildə ən böyük ucuzlaşmasıdır. Qərara səbəb ölkənin iqtisadi göstəricilərinin düşməsi olub. Çinin Mərkəzi Bankından bildiriblər ki, yuanın ucuzlaşdırılması azad bazarın qarşısını açacaq. Qeyd edək ki, Çinin ixracatı 8,3%, mal idxalı 8,1% aşağı düşmüşdü.
Yuanın devalvasiyası neft qiymətlərini də aşağı salıb. WTI markalı neft 44,61 dollara, Brent markalı neftin bir barreli 50,19 dollara düşüb.
Xatırladaq ki, yuanın devalvasiyası sonuncu dəfə 1994-cü ildə həyata keçirilib.