Vəhhabilərin "Fitnələr şeyxi" saqqalını qırxıb qaçmaq istəyərkən həbs olundu FOTO

17-08-2015, 15:12           
Vəhhabilərin "Fitnələr şeyxi"  saqqalını qırxıb qaçmaq istəyərkən həbs olundu FOTO
2013-cü ildə Livan ordusuna qarşı silahlı əməliyyatlardan sonra barəsində həbs qərarı çıxarılan vəhhabi terrorçu Əhməd Əl-Əsir Livanda həbs edilib.

Qeyd edək ki, "Şeyxül-Fitnə" ləqəbi ilə tanınan Əhməd Əl-Əsir bir neçə il öncə Qətər və Ərəbistanın dəstəyi ilə Livanın Tripoli şəhərində terrorçu dəstə yaratmışdı. Hökumətlə uzunmüddətli mübarizədən sonra silahlı qruplaşma çoxlu itki verir. Bundan sonra terrorçu Suriyaya qaçır. Burada o, «Ən-Nusrə Cəbhəsi» ilə rabitəyə keçir və onlarla əlbir olur.

Bir neçə gün öncə isə Livan vəhabilərinin lideri Beyrutun Rəfiq Həriri Hava Limanında fələstin pasportu ilə Misrə qaçmağa cəhd edib. "Fitnələr şeyxi" tanınmamaq üçün saqqalını qırxsa da, bu cəhdi uğursuz olub, hüquqmühafizəçilər tərəfindən tanınaraq, həbs edilib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.