Hindistanın Dehli əyalətində dörd mərtəbəli binanın uçması nəticəsində 4 nəfər həyatını itirib. İqtisadiyyat.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, dağıntılar altından 14 nəfər xilas edilib. Qeyd olunub ki, 8-10 nəfər hələ də dağıntılar altında qalıb.
Səlahiyyətlilər, qrupların axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.