Amerikalı “müsəlmanları şüalandıracaq” qurğu yaratmaq cəhdində təqsirləndirilir

22-08-2015, 23:47           

Nyu York ştatının prokurorluğu müsəlmanları öldürmək məqsədilə radioaktiv qurğu yaratmaq cəndində şübhəli bilinən şəxsə rəsmi ittiham təqdim edib.
Prokurorluğa əsasən, şovinist baxışlarına malik olan Glendon Scott Crawford radiasiya şüaları saçan müəyyən bir qurğu yaratmaq istəyib və onun maliyyələşdirilməsi planlarını ifrat sağçı Ku Klux Klan (KKK) təşkilatı ilə müzakirə etmək niyyətində imiş.
49 yaşlı Crawford ona qarşı irəli sürülmüş ittihamları rədd edir.
Əməliyyatda iştirak edən Federal Təhqiqatlar Bürosunun (FBİ) məxfi əməkdaşı şübhəlilə təmas qurarkən özünü KKK nümayəndəsi kimi təqdim edib.
İşlə bağlı hökmün dekabr ayında çıxarılacağı gözlənilir.
General Electric şirkətində mexanik işləyən cənab Crawford iki il əvvəl həbs olunub.
Təqsirkar tanındığı təqdirdə ona ömürlük həbs cəzası kəsilə bilər.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.