Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Sosial-İqtisad Kollecindəki vəzifəsindən uzaqlaşdırılsın
Bu gün, 15:36

Tovuz rayon sakinləri, Tovuz Dövlət Sosial-İqtisad Kollecindən əsassız yerə işdən çıxarılmış İsayeva Aygün Müslüm qızı və Vəliyeva Aynurə Mirzəli qızı tərəfindən Aktualinfo.org-un elektron poçtuna şikayət məktubu ünvanlanıb. Məktubda deyilir:
Əvvəlki müraciətlərimizdə Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin direktoru Hicran Əyyubovanın şəxsi istək və arzudan irəli gələn idarəçiliyindəki fəsadlı əməlləri, qanun pozmaları və sənəd saxtakarlıqları barədə məlumat vermişdik. Qeyd etmişdik ki, 14 noyabr 2024-cü il tarixdə qanunsuz olaraq ixtisar adı ilə işdən çıxarılmışıq. Hazırda bunu subut edən başlıca şərt kimi qeyd edirik ki, 11mart 2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsi bizim işə bərpa edilməyimiz barədə ədalətli qərar vermişdir. Hətta kollecin direktoru Hicran Əyyubova yerli məhkəmənin çıxartdığı qərarla bağlı Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək ləğv edilməsinə çalışsa da, 26-27 May 2025-ci il tarixlərində Gəncə Apellyasiya Məhkəməsi direktorun iddiasını təmin etməmişdir.
Belə ki,Tovuz rayon Məhkməsi və Gəncə Apelliyasiya Məhkəməsinin qətnamələrində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və Nazirlər Kabinetinin 13.02.2014-cü il tarixli, 40 nömrəli qərarı ilə əsdiq edilmiş “Dövlət Büdcəsindən maliyyələşdirilən müəssisələrədə ştat cədvəllərinin tərtibi, təsdiqi və tətbiqi Qayadası”nın müddəalarına əsasən, dövlət hesabına maliyyələşən kolleclərdə struktur dəyişiklikləri və ştat ixtisarı yalnız səlahiyyətli icra orqanının razılığı ilə həyata keçirilə bilər. Belə olan halda, kollec direktorunun müstəqil şəkildə ixtisar apararaq, əmək müqaviləsinə xitam verməsi haqqında əmr imzalaması hüquqi əsasdan məhrumdur və səlahiyyət hüdudlarının aşması kimi qiymətləndirilir. Göründüyü kimi, direktorun bu cür əhəmiyyətli qərar qəbul etmək- yəni struktur dəyişikliyikləri aparmaq, ştat vahidlərini ləğv etmək və ya ixtisar qərarları vermək səlahiyyəti olmadığı müəyyən olunmuşdur. Yəni Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova bağışlanmaz ciddi qanun pozuntusuna yol vermişdir.
Məhkəmə Azərbaycan Respublikasının əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 3-cü maddəsinin 3, 4-1 və 12-ci hissəsinə, 12-ci maddənin b) və c) bəndlərinə, 68.1, 70, 78.2, 80.1, 80.2 və 300-cü maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.29-29-cu maddəsinə, “Həmkarlar ittifaqları haqqında” Azərbycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin76.1, 76.2, 77.1, və 216-220-ci maddələrinə istinad etmişdir.
Eləcə də işdən çıxarılmamızdan 8 ay keçməsinə baxmayaraq, hələ də əmək haqqlarımızı ala bilməmişik. Direktor saxta protokolları əsas tutaraq, əmək haqqlarımızın ödənilməsindən boyun qaçırır, şər-böhtan ataraq bildirir ki, işə gəlməmisiz, sizə necə əmək haqqı verim. Əgər, həqiqət Hicran Əyyubovanın dediyi kimidirsə, qeyd olunan protokol tərtib olunan 30 gün ərzində işə gəlməmişiksə, niyə bizim barəmizdə xəbərdarlıq, töhmət və s. tədbir görülməmişdir. Əmək məcəlləsindən xəbəri olmayan Hicran Əyyubova bilmir ki,1 gün belə üzrlü səbəb olmadan işə gəlməmək ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə tənzimlənir. Necə ola bilər ki, 15 gün işə gəlmirik, ondan sonra 1 ay təhsil məzuniyyətinə gedə bilirik,sonradan yenə 15 gün işə gəlmirik və ƏM-nin 70-ci maddəsinin”B” bəndi ilə işdən çıxarılırıq? Hicran Əyyubovaüçün gülüncdür, deyilmi?
Nikbinik, inanmaq istəyərdik ki, Elm və Təhsil naziri Emin Əmrullayev Tovuz Dövlət Sosial-İqtisadi Kollecində nə baş verdiyini araşdıracaq, bu kollec barəsində indiyə qədər yazılmış tənqidi məqalələrin internet üzərindən axtarılıb araşdırılmasına göstəriş verəcək,ən azından məntiqin, ədalətin kimin tərəfində olduğuna əsaslanacaq.
Çünki, kollecdə ikrah doğuran qaydalar tətbiq olunur, Əmək Məcəlləsinin tələbi kobud şəkildə pozulur,işə gəlməyən müəllimi cəza gözləmir… Sadəcə əmək haqqı almırsan. Necə ki,direktor bizə şər ataraq deyir ki, işə gəlməmisiz, sizə əmək haqqı düşmür. Axı Əmək Məcəlləsi o,deyəni demir!
“Mənim üçün sənəd vacibdir”, -deyən direktor Hicran Əyyubova Azərbaycan Dövləti adından çıxarılan 2 Məhkəmə qərarını sənəd saymır, amma bizim (15-20 il təcrübəli müəllimlərin) yerimizə qeyri-qanuni yollarla işə götürdüyü, bir gün 1saat belə təcrübəsi olmayan müəllimləri işdən çıxara bilmərəm deyir. Görəsən,bu təcrübəsi olmayan müəllimlərin müdafiəsinə qalxmağa direktoru məcbur edən “səbəb” nədən qaynaqlanır, hörmətli Elm və Təhsil naziri Emin Əmrullayev?! Axı direktor bir müddət əvvəl onları müqavilə ilə işə götürmüşəm deyirdi, buna dair əlimizdə təkzib olunmaz faktlar var və indiyə qədər də mətbuata müraciətimizdə qanunlardan, faktlardan kənar bir fikir səsləndirməmişik.
Qaldı, üzümüzü Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərovaya tuturuq.
Hörmətli Ülkər xanım!
1.Direktor Hicran Əyyubovaya fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sonuncu xəbərdarlıq olmaqla, şiddətli töhmət verilibmi? Verilib!
2.Direktor Hicran Əyyubova Dövlət Əmək Müfəttişliyi tərəfindən 30.12.2024-cü il tarixli MN1612925 saylı protokolla inzibati məsuliyyətə cəlb edilərək cərimələnibmi? Cərimələnib!
3. Direktor Hicran Əyyubovanın bizləri qanunsuz olaraq işdən çıxartdığını 2 məhkəmə inistansiyası təsdiqləyibmi? Təsdiqləyib!
4.Direktor Hicran Əyyubovanın bizə dair saxta sənəd tərtib etdiyini (29 sentyabr 2024-cü il tarixi,bazar günü) Dövlət Əmək Müfəttişliyinin Regional idarəsi aşkarlayıbmı? Aşkarlayıb!
5.Bir müddət öncə saytlarda direktor Hicran Əyyubovanın kollecin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevə görə onun anası-Xatirə Uğuzova kollecin şöbə müdirinə 600 AZN, direktorun özünə 900 manat, daha sonra Hicran Əyyubovaya çatacaq QIZIL ÜZÜK, 140 manat dəyərində ətir və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verməsinə dair saytlarda Akif İbrahimovun videomüraciəti yayımlanıbmı? Yayımlanıb!
6.Hicran Əyyubovaya çatacaq QIZIL ÜZÜK, 140 manat dəyərində ətir və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verməsinə görə Şəhriyar Quliyevin anası Xatirə Uğuzova DİN-nin 102 xidmətinə məlumat veribmi?Verib!
7.DSMF-nin hesabına dair çıxarışdan məlum olur ki,işdən çıxarıldığımız aylarda bizim adımıza gələn əmək haqları ödənişləri olmuşdur.Amma Kapital Bankın Tovuz rayon filialının verdiyi rəsmi çıxarışa görə,heç bir əməkhaqqı kartımıza yönləndirilməyib.Bizə məlumdur, bu maliyyə maxinasiyası niyə edilib.Bunun özü bir maliyyə pozuntusu,korrupsiya faktıdır.Araşdırılanda hansı kartlara köçürülüb,necə nağdılaşdrılıb məlum olacaq.Təbii bununla bağlı maliyyə sxemasını çalışan qədər növbəti yazıda açıqlayacağıq.Hazırda əlimizdə olan sənədləri Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin direktoru inkar edə bilərmi? Edə bilməz!
Daha əlavə nə baş verməlidir ki, bu və ya sair xoşağəlməz əməllərinə görə,Hicran Əyyubova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsindən uzaqlaşdırılsın?
Əminik bu gün uzaqda deyil və bu mənada nikbinliyimizi pozmadan, hissə qapılmadan, təxribata uymadan sonadək mübarizəmizi davam etdirəcəyik!
Aktualinfo.org