Ərdoğanın Niderland səfəri başa çatdı

26-06-2025, 00:13           
Ərdoğanın Niderland səfəri başa çatdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvəsində və ikitərəfli görüşlərdə iştirak etdikdən sonra Niderlandın Amsterdam şəhərindən Türkiyəyə yola düşüb.

Referans xəbər verir ki, Prezident Ərdoğanı Amsterdamın Şipxol hava limanında Niderland rəsmiləri ilə yanaşı, Türkiyənin NATO-dakı Daimi Nümayəndəsi Basat Öztürk və Haaqadakı səfiri Səlçuk Ünal yola salıblar.

Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın, Prezidentin kommunikasiya rəhbəri Fəxrəddin Altun və xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da Niderlandı tərk ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru