Dəniz yırtıcısı ilə göz-gözə: Avstraliyalı balıqçı köpəkbalığı hücumundan xilas oldu VİDEO

25-06-2025, 17:28           
Dəniz yırtıcısı ilə göz-gözə: Avstraliyalı balıqçı köpəkbalığı hücumundan xilas oldu  VİDEO
Avstraliyalı təcrübəli sualtı ovçu Emmanuel Bova Sidneydən bir qədər aralıda yerləşən Kral Milli Parkının sahillərində həyatı bahasına başa gələ biləcək hadisə ilə üzləşib.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Bovanın sözlərinə görə, o, dənizdə gözlənilmədən 4-5 metr uzunluğunda nəhəng ağ köpəkbalığı ilə üz-üzə gəlib.
O, soyuqanlılığını itirmədən skuterə çatmağa müvəffəq olub. Lakin təhlükə bununla bitməyib. Köpəkbalığı onu sahilə qədər izləyib və hətta quruya çıxdıqdan sonra da yaxınlıqda dövrə vurmağa davam edib. Ovçu bu hadisənin son üç il ərzində ağ köpəkbalığı ilə dördüncü qarşılaşması olduğunu bildirib və Sidneydə bu yırtıcıların sayının artmasından narahatlığını ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru