Deputatın partiyası da qurultaya gedir

26-06-2025, 00:09           
Deputatın partiyası da qurultaya gedir
Bu gün Böyük Azərbaycan Partiyasının Mərkəzi Qərargahında növbəti qurultaya hazırlıq məqsədilə rayon təşkilatlarının ilkin iclasına start verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın sədri Elşad Musayev məlumat verib.
Sədr bildirib ki, bu məqsədlə ilk olaraq partiyanın Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib, qurultay nümayəndələrinin seçilməsi məsələsi müzakirə olunub.Növbəti qurultaya qədər partiyanın bütün rayon təşkilatlarının qurultaya hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, Böyük Azərbaycan Partiyası 12 avqust 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb. 2000-ci ildə Elşad Musayev Azərbaycan Milli İstiqlal Partiyasından istefa verib və 11 may 2003-cü ildə Böyük Azərbaycan Partiyasının qurultayında sədri seçilib. O, 2024-cü il parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olub Milli Məclisinin VII çağırış deputatı seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru