Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası

26-06-2025, 00:01           
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Türkiyədə ilk dəfə rəsmi səfərdə olub. Sözügedən tarixlərdə Paşinyanın həyat yoldaşı Anna Akopyanın da Türkiyədə olduğu və Antalyada dəbdəbəli oteldə istirahət etdiyi məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, onun Antalyada tətildə xərclədiyi məbləğ Ermənistan əhalisi tərəfindən birmənalı qarşılanmayıb.

Akopyanın Antalyanın ən dəbdəbəli otellərindən biri olan “Titanik Mardan Palace” otelində 3 gecə qaldığı bildirilib.

Otelin “Kral dairəsində” qalan Akopyan bir gecə üçün 6 min avro ödəyib.

Bu xərclərlə yanaşı, Akopyanın şampan vannası, fərdi yoqa təlimatçısı, şəxsi qulluqçu və yaxta kirayəsi kimi ultra lüks xərclər etdiyi də vurğulanır.

İddia olunub ki, Anna 4 gün ərzində 100 min avro (197,410 min manat) pul xərcləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru