Ermənistanda çevriliş cəhdi ilə bağlı 14 nəfər saxlanıldı

26-06-2025, 00:14           
Ermənistanda çevriliş cəhdi ilə bağlı 14 nəfər saxlanıldı
Ermənistanda terrorizm və hakimiyyətin ələ keçirilməsinə hazırlıqla bağlı cinayət işi çərçivəsində 90-dan çox axtarış aparılıb, 14 nəfər saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin saytında məlumat verilib.

Qeyd olunur ki, axtarışlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən sənədlər, o cümlədən odlu silah və döyüş sursatı, tədbirlər planı, cəlb edilmiş şəxslərin siyahıları, pilotsuz uçuş aparatları, cinayətkar qrupun həyata keçirməli olduğu qanunsuz hərəkətlərin xronologiyası ələ keçirilib.

Məlumata görə, hazırda 14 nəfər saxlanılıb.

Ermənistan İstintaq Komitəsi “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdaşlarını respublikada hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda təqsirli bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru