Son 28 il ərzində Azərbaycanda kimlər prezidentliyə namizəd olub? –SİYAHI

10-03-2018, 00:58           
Son 28 il ərzində Azərbaycanda kimlər prezidentliyə namizəd olub? –SİYAHI
Aprelin 11-də keçiriləcək prezident seçkisində hələlik 4 nəfər qeydiyyata alınıb: İlham Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Zahid Oruc.

Novator.az əvvəlki prezident seçkilərinin neçə namizədlə keçməsinə nəzər salıb.

1990-cı il mayın 18-də parlament Ayaz Mütəllibovu prezident seçib. O, yeganə namizəd olub.

Ümumxalq səsverməsi ilə birinci prezident seçkisi 1991-ci il sentyabrın 8-də keçirilib. Həmin seçkidə Ayaz Mütəllibov təkbaşına mübarizə aparıb. 1992-ci il iyunun 7-də keçirilən prezident seçkisində 5 nəfər yarışıb: Əbülfəz Elçibəy, Nizami Süleymanov, Yaqub Məmmədov, İlyas İsmayılov, Rafiq Turabxanoğlu.

1993-cü il oktyabrın 3-nə təsadüf edən prezident seçkisində 3 namizəd olub: Heydər Əliyev, Kərrar Əbilov, Zakir Tağıyev.

1998-ci ilin 11 oktyabrındakı seçkidə 6 namizəd mübarizə aparıb: Heydər Əliyev, Etibar Məmmədov, Nizami Süleymanov, Firudin Həsənov, Əşrəf Mehdiyev, Xanhüseyn Kazımlı.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində 8 nəfər mübarizə aparıb: İlham Əliyev, İsa Qəmbər, Lalə Şövkət, Etibar Məmmədov, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev.

2008-ci ilin 15 oktyabr seçkisi 7 namizədlə keçib: İlham Əliyev, İqbal Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qulamhüseyn Əlibəyli, Fuad Əliyev, Hafiz Hacıyev.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkisinə 10 nəfər qatılıb: İlham Əliyev, Cəmil Həsənli, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, İlyas İsmayılov, Araz Əlizadə, Fərəc Quliyev, Hafiz Hacıyev, Sərdar Cəlaloğlu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru