Dəhşətli hadisənin görüntüləri indi yayıldı VİDEO

10-03-2018, 00:41           

Sözügedən partlayış nəticəsində 30 nəfər yaralanmışdı
Ötən il sentyabrın 17-də London metrosunda baş vermiş partlayışın görüntüləri ortaya çıxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sözügedən partlayış nəticəsində 30 nəfər yaralanmışdı.

[media=https://www.youtube.com/watch?v=biNJxiouBU8]
Çəkiliş partlayıcı qurğunun işə düşdüyü vaqondakı kamera vasitəsilə edilib. Videoda partlayışın ardınca sərnişinlərin qaçması da görünür.

Xatırladaq ki, Parsons Green metro stansiyasındakı partlayışı Əhməd Həsən Məhəmməd Əli törədib. İstintaqın məlumatına əsasən, 18 yaşlı terrorçu əlindəki plaktik torbanı yerə qoyaraq Putney Bridge stansiyasında vaqonu tərk edib. Qatar Parsons Green-ə çatanda partlayış baş verib.

Bu insidentin istintaqı davam edir. Əhməd Əli həbs olunub və günahını inkar edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru