“Dağlıq Qarabağda rus qoşunları yerləşdiriləcək - Əliyev və Putin razılığa gəldi” - “Stratfor”un iddiası

21-09-2015, 11:50           
“Dağlıq Qarabağda rus qoşunları yerləşdiriləcək - Əliyev və Putin razılığa gəldi” - “Stratfor”un iddiası
“İndi isə Dağlıq Qarabağa Rusiyanın sülhməramlı qoşunları daxil ola bilər”

ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik şirkətinin iddiasına əsasən, tezliklə Dağlıq Qarabağda status-kvo dəyişə bilər.
“Stratfor” analitikləri iddia edir ki, Rusiyanın Qafqaz siyasəti ciddi dəyişikliklərə uğrayır.
“Tezliklə Dağlıq Qarabağda status-kvo dəyişə bilər. 1994-cü ildə atəşkəsin elan olunmasından sonra bu ərazi faktiki olaraq Ermənistanın nəzarətindədir, münaqişə isə dondurulub. İndi isə Dağlıq Qarabağa Rusiyanın sülhməramlı qoşunları daxil ola bilər”, – deyə məlumatda bildirilib.
Mərkəzin analitikləri hesab edir ki, Azərbaycan hökuməti Dağlıq Qarabağda rusiya sülhməramlılarının peyda olması ilə nəticələnən gizli razılaşma əldə edə bilər, bu isə ərazilərin gələcəkdə Bakının nəzarətinə qaytarılmasına imkan verəcək.
“Ermənistan ərazisində onsuz da 5 min rus əsgəri var, Yerevan isə Rusiyadan tam asılıdır”, – deyə analitiklər vurğulayıb.
Sonda qeyd olunur ki, Rusiya xaricdə möhkəmlənmə siyasəti yürüdür.
Xatırladaq ki, “Stratfor” ABŞ kəşfiyyatının fikirlərini özündə əsk etdirən təşkilatdır.(olke.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.