Söyün Sadıkov Krım tatarlarının liderini təxribatçı adlandırdı..

26-09-2015, 13:07           
Söyün Sadıkov Krım tatarlarının liderini təxribatçı adlandırdı..
Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov Moderator.az - a aşağıdakı məzmunda bir yazı göndərib:

"Hörmətli oxucular, artıq bir həftədən çoxdur ki, Krım tatarlarının lideri Mustafa Cəmilovun, onun köməkçiləri R. Çubarovanın və L. İslamovun təşəbbüsü ilə Xerson şəhəri blokadada saxlanılır.

Siz necə düşünürsünüz, nəyə görə onlar Krımın Rusiyaya birləşdirilməsindən il yarım keçəndən sonra bu addımı atıblar?

Burada İngiltərə və ABŞ - ın əlinin olduğu ehtiml olunur. Bu dövlətlərin əsas hədəfi Krımda Krım tatarlarının arasında nifaq salmaq, regionda xalqların arasında qarşıdurma görüntüsü yaratmaqdır. Bütün bunlar planlı şəkildə həyata keçirilir. Çünki Rusiya prezidenti Vladimir Putin Nyu - Yorka səfər edərək BMT - nin Baş Assambleyasında çıxış edəcək. Təxribatçılar bu addımları ilə prezidentimiz Putinə qarşı guya ki, Krımda insan haqlarının pozulduğu görüntüsü yaratmaq istəyirlər. İngiltərə, ABŞ və onların marioneti Mustafa Camalıyevin əsas istəyi budur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.