Mircəfər Bağırov və vətən yolunda canını fəda edən oğluna hörmətsizlik - Rəis boynundan atdı, icra başçısı isə...(FOTOLAR)

27-10-2015, 22:12           
Mircəfər Bağırov və vətən yolunda canını fəda edən oğluna hörmətsizlik - Rəis boynundan atdı, icra başçısı isə...(FOTOLAR)
Müharibədə almanlara qarşı son nəfəsinə qədər vuruşmuş Mircəfər Bağırovun oğlu Cahangir Bağırovun Qubadakı büstü götürülüb.

teref.az ANS-ə istinadən xəbər verir ki, büst 1996- cı ildə Qubada Nizami parkına qoyulub. 2010-cu ildə isə büst parkdan götürülərək, Quba tarix- diyarşünaslıq muzeyinin həyətinə atılıb.Sadə və yaşlı Quba sakinləri də Qubanı o vaxt SSRİ-də tanıdan Cahangir Bağırova göstərilən ögey münasibətdən çox narazıdırlar. Onlar büstün əvvəlki yerinə qoyulmasını tələb edirlər. Büstünə hörmətsizlik edilən Cahangir Bağırovun Xaçmazda yaşayan qohumu Məmmədtağı Bağırov da büstün əvvəlki yerinə qoyulacağını səbirsizliklə gözləyir.

Cahangir Bağırovun büstü həyətə atılıb

İndi isə söz rəsmi qurumlarındı. Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyevanı məsələnin müsbət həllinə maraqlı gördük.Onun sözlərinə görə, büst barədə bir neçə dəfə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Fuad Orucova məlumat verib. Amma hələki konkret nəticəyə gəlinməyib.

Cahangir Bağırov- Qırıcı təyyarəçi

Quba mədəniyyət və turizm şöbəsinin müdiri Fuad Orucov faktdan xəbərdar olduğunu deyib. Onu da bildirib ki, məsələni müsbət yöndə həll etmək onun səlahiyyətində deyil.

Qubanın icra başçısı Yaşar Məmmədov abidələrlə bağlı məsələlərin Nazirlər Kabinetinin səlahiyyətində olduğunu desə də, problemin həllini hökumət qarşısında qaldıra biləcəyini mümkün sayıb.

C.Bağırov- Qəhrəmanlar siyahısında olan səxs

Xatırladaq ki, Böyük Vətən Müharibəsində 7 alman təyyarəsini məhv edib, yanacağı qurtardığı üçün 8- ci təyyarəyə çırpılıb tarana gedən Cahangir Bağırovun xatirəsinə hörmət olaraq büstün əvvəlki yerinə qaytaralacağına söz verilib. İndi qalıb sözü əmələ keçirmək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.