“Paşinyanın qollarını sallaya-sallaya Qarabağa gəlməsi hələ çox davam edəcək"

30-08-2020, 11:41           
“Paşinyanın qollarını sallaya-sallaya Qarabağa gəlməsi hələ çox davam edəcək"
Paşinyanın qollarını yelləyə - yelləyə tez-tez Xankəndinə gəlməsi hər bir azərbaycanlının əsəblərini tarıma çəkir. Bu dəfəki səfərində isə Paşinyan davranışları ilə sanki bizə yenə meydan oxudu. Onun helikopterini vurmaq bu qədərmi müşküldür? Rəsmi Bakının Moskvadan çəkindiyi bəllidir, amma məmləkətin millətçi və sərt qərarlar vermə qabiliyyətinə sahib elə bir partizan dəstəsi və yaxud xüsusi təyinatlı adamlar hazırlayıb bu işi görmək olmazmı? Bəs qosqoca Türkiyə niyə Azərbaycana bu sahədə heç olmasa təlim xarakterli dəstək vermir? Yəni niyə istənilən çətin şəraitdə Qarabağda uğurlu əməliyyat həyata keçirməyə qadir kamikadzelər hazırlanmasında öz yardımını təklif etmir? Siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-ın bu suallarına cavabında deyir ki, ermənilərin nazı ilə çox oynadığımızdan vəziyyət bu qədər acınacaqlı şəkil alıb: "Bu aeroportu dünyanın bir neçə ölkəsində hava şirkəti olan Argentina ermənisi Eduardo Ernekyanın vəsaiti ilə tikilib. Bu adam həmin obyektinə lisenziya ala bilmədi, baxmayaraq ki, bu sahədə dünyada böyük nüfuzu var. Ermənilər Xocalı aeroportunu inşa edib oranı beynəlxalq hava limanı etmək üçün uzun zaman səy göstərdilər, amma Beynəlxalq Aviasiya Birliyi buna icazə vermədi. Çünki Xankəndi hava məkanı beynəlxalq qanunlara görə Azərbaycana aiddir və buna Azərbaycanın razılığı lazım idi. Təbii ki, buna razılıq verilə bilməzdi. O gündən bu günə buraya edilən hər hansı uçuş qanunsuzdur. Azərbaycanın haqqı var ki, buraya istiqamət götürən uçuşlara mane olsun, dolayısı ilə onu vura bilər. Hava limanının istifadə edildiyi günlərdə Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev açıq bəyanat vermişdi ki, buraya uçan təyyarələr vurulacaq və ermənilər həmin vaxt heç bir uçuş həyata keçirmədilər. Amma helikopter uçuşları davam etməkdədir. Azərbaycan onları havadaca vurmaq haqqına indi də sahibdir. Amma niyə eləmirlər, təəccüblüdür. Təbii ki, Türkiyə Ordusunun Azərbaycanda olması və belə qanunsuz uçuşların onların da gözü qarşısında uçuşlar həyat keçirilməsi qəbul edilməyəcək. Mən bir dəfədə demişdim, ermənilərin burada rahatca yaşaması və istədiklərini etməsi dözülməzdir və elə etməliyik ki, Qarabağ onlar üçün bir cəhənnəm olsun. Ermənistana hər gün əsgər meyiti getməsə bu rəzalət-Paşinyanın qollarını sallaya-sallaya Qarabağa gəlməsi hələ çox davam edəcək. Bir məsələyə də toxunum. Mətbuatdan oxudum ki, Ermənistanda "Yerkrapa" Könüllülər birliyi bir neçə belə veteran təşkilatını ətrafına toplayaraq 100 minlik qeyri- nizami ordu qurur. Bu isə o deməkdir ki, mümkün müharibədə bütün xalq olaraq Azərbaycana qarşı savaşa girəcəklər. Məgər bu fakt yetərli deyilmi ki, Azərbaycan ordusundan kənarda hərbi birləşmələrimiz olsun. Kimi və nəyi gözləyirik. Bu iç dedi-qoduları kənara buraxıb düşmənə qarşı bir şeylər yaratmaq vaxtı çatmayıbmı?"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.