Azercell-in Onlayn Müştəri Xidmətlərindən adi bir suala 4 saatdır konkret cavab ala bilmirəm - İTTİHAM
1-09-2020, 10:58
![Azercell-in Onlayn Müştəri Xidmətlərindən adi bir suala 4 saatdır konkret cavab ala bilmirəm - İTTİHAM](/uploads/posts/2020-09/1598936230_1.jpg)
Salam sizə şikayətim Azercell mobil operetorundandır. Deməli Onlayn Müştəri Xidmətlərindən adi bir suala 4 saatdır konkret cavab ala bilmirəm. Suallara gec cavab verilir. Bəzən suallar oxunur lakin heç bir məlumat verilmir.
Teref.az xəbər verir ki, bunu saytımıza göndərdiyi şikayət məktubunda oxucumuz İlkin Məmmədkərimoiv yazır. Daha sonra İlkin bəy məktubunda yazır:
Daha öncə dəfələrlə əlaqə kəsildi bundan əvvəlki çatda Süleyman adlı təmsilçi 3 saatdan çox onlayn çatdan şikayətimi qeydə almaqdan imtina etdi.
Ən son call center-ə onlayn çatdan şikayət üçün mənimlə əlaqəni kəsən digər təmsilçilərin adlarını soruşsamda oxuyub cavab vermədi.
Cavab verməməyi azmış kimi tərbiyəsizcəsinə əlaqəni kəsdi
Bu Azercell-ə onlayn çatdan etdiyim birinci şikayət deyil, bundan əvvəldə dəfələrlə şikayət etmişəm və hər dəfədə zəng edib üzr istəyirik tədbir görüldü deyirdilər ancaq heç bir tədbir görülmür.
Bundan başqa Sumqayıt şəhərində 2015-ci ilin ortalarından 3G şəbəkəsi tutmur ərazi stansiya quraşdırılması üçün plana salınıb lakin 5 ildən çoxdur ki, stansiya quraşdırılmır. Üstəlik qiymətlərdə günü-gündən qaldırılır ən son 1 saat, 3 saat, Həftəsonu, Gecə limitsiz paketlərin qiymətləri qaldırıldı. Azərbaycanda onsuzda mobil danışıq və internet tarifləri digər ölkələrlə müqayisədə azı 3-4 dəfə bahadır.
Daha sonra teref.az-a yazan İlkin bəy fikirlərini belə yekunlaşdırır:
Qiymətlər endirilmək əvəzinə heç olmasa mövcud vəziyyətdə saxlanmaq əvəzinə sürətlə qaldırılır. Maraqlıdır ki, bu bərbad xidmət və bərbad keyfiyyətin fonunda baş verir. Bunun səbəbi İKT sektorunda olan inhisarçılıqdır.
Bazarda faktiki olaraq 2 operator fəaliyyət göstərir. İnternet bazarı Aztelekom-un, mobil bazar isə Azercell və başqa 2 şirkətindir.
Bütün dünyada fəaliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline və s. operatorlar Azərbaycan bazarına buraxılmır.
Nə vaxta qədər ki, İKT sektorunda monopoliya davam edəcək bu cur vəziyyət davam edəcək. Sağolun.
İlkin Məmmədkərimov
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az