Qubad İbadoğlundan təklif:" 1-ci kurs tələbələrinə planşet və ya note book verərdilər."

1-09-2020, 19:26           
Qubad İbadoğlundan təklif:" 1-ci kurs tələbələrinə planşet və ya note book verərdilər."
Rutgers Universitetinin 70 minə qədər tələbəsi vardır. Bu dərs ili başlamamış on-line təhsilə görə hər tələbəyə 600 dollarlıq (1020 manatlıq) planşet paylayıblar.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Daha sonra Qubad bəy belə bir təklif irəli sürür:
Çox istərdim ki, Azərbaycan Təhsil Nazirliyi və ya imkanlı Universitetlər hər kəsə demirəm, heç olmazsa yeni qəbul olmuş 1-ci kurs tələbələrinə planşet və ya note book verərdilər. Bu tələbələrin həm dərslərinə texniki dəstək və həm də yeni qəbul olanlar üçün dövlətdən yaxşı bir hədiyyə olardı.

Pandemiya görə 2020-ci ilin təhsil büdcəsində elektrik enerjisi və digər kommunal xərclərə, ezamiyyə və başqa ödənişlərə görə qənaətlər yaranıb, həmin mənbədən bunu asanlıqla etmək olar, hələ gec deyil, yeni təhsil naziri bununla yeniliyə də imza ata bilər.
Bu təklifi paylaşaq, bəlkə nail olduq, hələr dərsin başlamasına 14 gün vardır.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.