Azərbaycan İNTERPOL oynununamı çəkilir?..
11-09-2020, 11:01
![Azərbaycan İNTERPOL oynununamı çəkilir?..](/uploads/posts/2020-09/1599807779_1.jpg)
Ötən ilin dekabrında Ukraynada saxlanılaraq, Bakıya gətirilən söyüş müxalifəti fəallarından Elvin İsayevin istintaqa verdiyi ifadəyə əsasən, Azərbaycan, rəsmi olaraq bir qrup şəxsi İNTERPOL vasitəsi ilə beynəlxalq axtarışa verib.
Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşan, Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digərlərinin adı bu siyhıdadır.
Adıgedənlərin YOUTUBE kanalı və FB üzərindən edilən müraciətlərində, paylaşımlarda, hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanılmasına dair fikirlər səslənib, çağırışlar edilib. Mühacir müxalifətinin, söyüş mediasının bu simaları, vətəndaşları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərməyə çağırıblar. Adıçəkilənlər kütləvi iğtişaşlar və zorakılıqlar etməyə də açıq çağırışlar edib.
***
Bunların hamısı doğru, düzgündür. Hələ əlavə eləməyi unudublar ki, insanlara mənəvi psixoloji basqılar da var sözügedən çıxışlarda. Adamlar təhqir olunur, aşağılanır. Bunun düzgün olmadığını deyənlərə, hətta şəxsimə, bu siyahıdakı adlardan biri Rəfael Piriyevin sosial şəbəkə üzərindən yazdığı təhqirlərin sayı-hesabı və ölçüsü olmayıb. Sayğı ilə dediyim hər bir sözə beşmərtəbəli söyüşlə cavab almışam. Bir kəlmə də olsa əxlaq standartına uymayan cavab verməmişəm. Bu ailə və tərbiyə standartıma uyğun deyil. Qırx beş illik həyatımda və iyirmi yeddi illik media fəaliyyətimdə bu qədər emosional, aqressiv, söyüşcül və ədəbsiz varlığa rast gəldiyim olmayıb.
Hə, bütün bunlara rəğmən, deyən olsa ki, məqamdır, dur gəl, rəsmi müraciətini et gətiriləndə sənin şikayətin də işinə əlavə olunsun, sən də ifadə ver! Bu addımı atmaram!
Gəlim ora ki niyə? Mövqeyinə qarşı olduğun, maraqlarını, əqidəsini bildiyin, üstəlik üzrində haqlı olaraq ittiham qaldırmağa hüququn olan birinə qarşı çıxmamaqda məqsədin nədir?
Deyərəm ki, onlarla bağlı başladılan bu prosesdə təhlükəli məqamlar hiss edirəm. Özümə, millətimə və dövlətimə qarşı. Odur ki, belə bir ""şorbada duzumun olmasını isyəmirəm"
***
Gələk müşahidələrimə. Niyəsə düşünürəm ki, yenə də dövlət çıxmaza salmaq üçün çalışanlar var. Yenə, kimlərisə malalayacaqlar və Q .Məmmədovun bu oyunlsrın "xərclənmiş" siması olması da aydın görünür...
Orası bəlli ki, Elvin İsayev məlum ifadəsi nə bu gün, nə dünən alınıb. Amma niyəsə bu mövzuda məlumat aylardır yubadılıb. Bu çox dəqiq faktdır. Kimi gizlədirik yenə. Baş prokuror işdən getmə səbəblərindən biri olan bu ifadə olayını niyə saxlayıb? Z.Qaralov bu məsələdə nə qədər məsuliyyət daşıyır? Daşıyırsa adı niyə çəkilmir?
Göz görə-görə, bir gecədə Türkiyəyə gedib, gələn, yeni tv quracağını deyən Qurban Məmmədovu niyəsə “ xərcləmək” qərarı verilib. Diqqət edin, məlum toy olayının müzakirəsi zamanı Ramiz Mehtiyevin canlı yayına çıxacağını dedi. Bəlli oldu ki, belə çıxış olmayacaq. Davamında Q.Məmmədov elə həmin efirində Prezidentin İcra Aparatının sabiq rəhbərini kəskin tənqid etdi. Bir müddət sonra olaylar Bakıya transfer edildi. Azərbaycan mediasında Q.Məmmədovun ölkə Prezidentinin sabiq köməkçisi Ə.Həsənovla dostluq mövzusu təzələndi. Onu təkcə R.Mehtiyevlə yox, həm də Ə.Həsənovla bağladılar. Xatırladaq ki, Q.Məmmədovun Türkiyə səfəri həm də o dönəmə təsadüf etmişdi ki, R.Mehtiyev prezidenti olduğu AMEA-nın rəsmi saytında davamlı yazılarla çıxış edirdi. O yazılardan birində, ölkədə çoxsaylı problemlərə görə məsuliyyəti ad çəkməsə də olaylar üzərindən sabiq Prezident köməkçisi Ə.Həsənova yönəltmişdi. Məhz bu məqamda Azərbaycanda yerli KİV-lər və Q.Məmmədovla gərgin münsibətdə olan bir qrup mühacir onun Türkiyədə bir azərbaycanlı eks məmurla görüşdüyünü, habelə yeni televiziya avadanlığı ilə təhciz olunduğuna dair məlumat tirajladılar. Bu məsələni, yəni yeni avadanlıqla efirə çıxacağını Q.Məmmədov son verilişlərindən birində özü də dilə gətirib, yuxa rıda artıq qeyt etdik. Amma o, bunu ianələrdən toplanan vəsait hesabına edəcəyini söyləyirdi.
Bunun ardınca yenə Azərbaycanda mühacir mediasının Azərbaycandan idarə olunması və bu idarəçilər sırasında iki sabiqin adnın hallanması məsələsi yenidən gündəm oldu. İndilik görünən odur ki, məsələdə günah keçmiş köməkçi və aparat rəhbərinin üzərindədir. Ancaq bu barədə hər hansı rəsmi məlumt verilmir.
Məhz bu məqamda hazırda Türkiyədə müalicə olunduğu bildirilən Ə.Həsənov bəyanat verir ki, onu ailəsi üçün yetərli olan dərdlərlə baş-başa buraxsınlar. Ardıyca keçmiş köməkçi sadəcə icraçı olduğunu söyləyib. Dolayısıyla ondan üstə olan iki nəfərə, sabiq aparat rəhbərinə və dövlət başçısına yönlənmiş mesajdır bu. Amma bir həssas məqam unudulur. Rrəhbərlik ona verilən hesabat və məruzələrdən dolayı çıxış edə bilər. Bu məlumatların doğru olmadığı niyə deyilmirdi bəs?
Bu hadisələrdən dolayı sosial şəbəkədə, ictimai müzakirə, söyüş, təhqir səngimək bilmir. Xalq dövlətin sevir, siyasi rəhbərliyinə hələ də ümidvardır. İndilik aradakı uçurum qismən kiçilib. Ancaq indilik. Xalq islahatın dərinləşməsini, hətta ciddi həbs dalğasını gözləyir. Bu üzdən çəkinmədən rastlaşdığı hadisələri tirajlayır. Sarı mediadan uzaqlaşıb, ölkəsinin talehi ilə maraqlanır.
Bu məqamda Q.Məmmədovun Bakıda ailəsinin yaşadığı və şəxsi əmlakı olan beşmərtəbəli bina sökülür. Ailə üzvləri qısa zaman kəsiyində evdən çıxarılır. Bu haqda ölkə KİV-lərində məlumatlar, reportajlar tirajlanır. Hətta Q.Məmədova hansısa xidmətinin qarşılığı olaraq bağışlanan digər mal-mülkün siyahısı tirajlanır. Həmin gün Q.Məmmədov öz efirində ölkə rəhbərliyini eybəcər şəkildə təhqir edir. Bəyan edir ki, onun evi dövlət başçısının göstərişinə əsasən dağıdılıb. Və sadslanan mülklərdən xəbəri yoxdur.
Səhəri durum yenə dəyişir. Q.Məmmədovun evinin söküntüsü dayandırılır. O və qohumları bu məsələdən dövlət başçısının xəbəri olmadığını deyir. Bu dəfə baş verənlərdə R.Mehtiyev və DİN rəhbəri Vilayət Eyvazovu ittiham edirlər. Bundan sonra məlum İNTERPOL hadisəsi gündəmə gətirilir.
Burada bir STOP!
Q.Məmmədov vəkil kimi oynaq və qıvraq biridir.Mürəkkəb xarakter yapısı var. Istisna deyil. O buracan adı çəkilənlərin hər birinə sarı getmək istəyib və ya nəsə üarşılığı gedib. Indi kartlar açılır və hər kəs ondan imtina edir. Emid yeni adadır. O ad, fövqəladə hallar naziri Kəmaləddin Heydərov oldu.
Q.Məmmədov indi bəyan edir ki, İNTERPOL-u məsələyə qatmağa heç ehtiyac yoxdur. O, hər şeyin təşkilatçısı olduğunu dilə gətirir. “ U şaqlarla da işiniz yoxdur. Onlara tapşırığı da mən vermişəm” deməklə, mühcirlərdən də dəstək almağa ümidvardır. Ayrıca fövqəladə hallar naziri Kamaləddin Heydərova efirdən çağırış edir və ona zaman qoyur ki, məsələləri özü dövlət başçısına açıq danışsın. “ Yoxsa məndən incimə Kəmaləddin müəllim!”
Burada gəlin hamımız dayanaq! Yəni biz nə baş verdiyinin doğurdanmı fərqində deyilik?
Adam p eşəkarintriqaççı kimi aləmi bir-birinə qatır. Odur ki, sakitləşmək lazım.
İndi gəlin fərz edək ki, adıçıkilənlər gətirildi Azərbaycana. Hətta cəzalandırıldı. Bəs sonra? Yəni Vəssalam?! “Azərbaycan gəlməyə hazıram” deyən Q.Məmmədov bilir ki, bu “vəssalam?” yox, sadəcə “vəssalam!” olacaq və ölkə çox ciddi qarışacaq. Zatən məqsəd bu. Niyə? Çünki ölkədə çox ciddi şəkildə birini və ya birilərini malalayırlar, qoruyurlar, xilas etməyə çalışırlar. Bu klan olunu deyil, hakimiyyət iddiası da deyil. Bu dövləti dalana salanlardan birini xilas “əməliyyatıdır”. Q.Məmmədovun Türkiyədə görüşdüyü, danışdığı, geri əlidolu dönüşü, efirdəki şousu, hər kəsi təhqir edib qarışıqlıq yaratmasının başqa adı yoxdur. O, bu oyunların vəkil kimi də mahir qurucusu idi. İndi məhz onu edir. Hamını “tənqid” et, heç nə açığa çıxmasın. Bu proses buradan, Azərbaycandan idarə olunur. Və bu milli və dövləti xəyanətdir. Bəlli cənablar çox yaxşı bilir ki, mühacir müxaliflər maddi, informativ və siyasi dəstəyi məhz Bakıdan alıb. İndi sual olunur kimi və niyə xilas edirsiniz axı? Bu sizə nəsə verəcək, orası bəlli, amma xalqa, dövlətə və siyasi liderə nə verəcək?!
Maraqlı olar bir ictimai tirajlansın ki, məsələn, Orduxan Prezident Ilham Əliyevin xarici səfərdə hərəkət marşrutunu haradan bilirdi?
Qurban Məmmədov Azərbaycanda klanlar davasına bir ay sonra start veriləcəyini, bir ay qabaq Rusiya və Avropada Qarabağa dəstək aksiyası keçiriləndə niyə efirdən bağırıdı ki?
Turala hardan bəlli idi son danışdıqları...
Dövlət başçısının ikinəfərlik görüşünün stenoqramları mühacir TV-lərə necə ötürülürdü?
Üstəlik, o mühacirlərin Bakı müxbirləri niyə araşdırılmır?
Azərbaycanda MŞ-nin jiletlərini geyinir, aksiyalara qatılır, xəbər tirajlayır, müsahibə alır, sorğu keçirirlər. Qarşılığında ödəniş alırlar. Bu ödənişlər Azərbaycan necə gətirilir, buna kimlər, niyə göz yumur? Bəlkə elə buradan, konkret ciblərdən ödənir həmin vəsait? Kimlər qəbul edir bu müxbirləri iri-iri kabinetlərdə? Bir də xəbəriniz varmı ki, Qurban Məmmədov və digərləri artıq işini Bakıda böyüdür. Hətta üzdə olan, media simalarına ciddi işbirliyi təklif edirlər.Bəziləri ilə bu artıq alınır.
Məsələn, mənə maraqlıdır, PA yüksək çinlilərindən, hörmətli Zeynal Nağdəliyev bu olanlar haqda nə düşünür. Bu parlament seçkisi deyil ki, canımıza qara qarışqa kimi saldırmışdılar icra başçılarını və xırda-xuruş əlaltılarını. Bizə cavab verməyə nə var ki? Kapital yox, vəzifə yox, "krışa" yox. Sadə ailələrin, vətənpərvər övladları idik. Seçkidə dövlətə qarşı üsyanın qarşısına çıxdıq, özü də sevgi ilə. Nifrət püskürən minlərlə adamların sinəsinə əl dirəyib, amandır, dövlət əmanəti, millət, dedik! Özü də bunu bizə heç bir şərait yaradılmadan, təmənnasız etdik. Kənd, şəhər, küçə, kasıb doqazı tanımayan deputatları işlətdik. Kasıbın evinə, xeyir-.ərinə apardıq dalımızca hamısını bir çoxumuz. Bizə nə qədər pislik edildi ki, bu xalqı, bu dövləti təhqir edək, o seçkidə, mövqedən çəkinək, etmədik. Niyə? Dövləti üzərinə qurulan balalarıq biz. Dövlətdən başqa da söykənəcəyimiz yoxdur. Indi buyursunlar, bizə seçkidə elədiklərinin onca faizini, bu adamlara eləsinlər. Mühacir və söyüş müxalifətinin sahiblərini çıxarsınlar ortaya. Onlar Orduxandan, Qurbandan, Turaldan, Rəfaeldən daha təhlükəlidir. Bu üzdən mən savadsız, təhsilsiz, psixoloji xəstə, yarım saatlıq dirənişətap gətirə bilməyən, həmən “sınan” rəfaelə qarşı nə ərizə yazaram, nə ifadə verərəm. Mənim üçün bu sürünün ağaları onlardan daha təhlükəlidir...
Jalə Mütəllimova
11.09.2020.
Teref.az